Nəriman Əliyev: “Ölkəmizin hədəfləri bəllidir”

Neriman

Nəriman Əliyev: “Son hadisələr bir daha göstərdi ki, Azərbaycan düzgün yoldadır”

“Azərbaycanın xarici siyasətinin hədəflərinin mahiyyətində ölkəmizin maraqlarını təmin etmək dayanır”.

Bu sözləri Milli Məclisin deputatı Nəriman Əliyev regionda cərəyan edən siyasi proseslərdən danışarkən belə deyib.

Onun sözlərinə görə, postsovet məkanında baş verən hadisələr Azərbaycanın düzgün yolda olduğunu ortaya qoyur: “Azərbaycanın xarici siyasəti praqmatik, çevik siyasətdir və hücum diplomatiyasına istinad edir. Ümummilli liderimiz Heydər Əliyev tərəfindən müəyyən edilmiş ölkəmizin xarici siyasətinin hədəfləri də bəllidir. Təbii ki, Azərbaycan Prezidenti İlham Əliyevin həyata keçirdiyi xarici siyasət kursu öz bəhrəsini verir. Azərbaycanın xarici siyasətinin hədəflərinin mahiyyətində ölkəmizin maraqlarını təmin etmək dayanır. Bu gün Azərbaycanın xarici siyasəti coğrafi baxımdan daha geniş əraziləri əhatə etməkdədir. Ona görə də, dövlətimiz Avropa ilə yanaşı, Latın Amerikası, Asiya, Afrika ölkələri ilə də əlaqələrə diqqət yetirir. Ölkəmizin yürütdüyü xarici siyasət kursu dünya siyasətinə bir Azərbaycan modeli gətirib və son hadisələr məhz ölkəmizin düzgün yolda olduğunu ortaya qoyur”

Azər Niftiyev