Nərimanovda əhalinin tibbi müayinəsi keçirilir

 

tibb

Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin tapşırığına uyğun olaraq Nərimanov rayonunda əhalinin tibbi müayinəsi keçirilir. Tibbi müayinənin keçirilməsində əsas məqsəd respublika əhalisinin sağlamlığının qorunması, baş verə biləcək xəstəliklərin vaxtında aşkar edilməsi, müalicəsi və profilaktikası işlərini yerinə yetirməkdən ibarətdir.  Ölkə başçısının tapşırığının daha mütəşəkkil təşkil edilməsi məqsədi ilə rayonda yerləşən 1 saylı Respublika Stomatoloji Mərkəzində xüsusi təşkil olunmuş həkim heyəti tərəfindən 22 təhsil müəssisəsində şagirdlərin stomatoloji müayinəsi aparılır və aşkar olunan problem poliklinikada müalicəyə cəlb olunur.
Rayonda keçirilən tibbi müayinələr may ayına qədər davam etdiriləcək.