Nərimanov YAP-da gənclərlə görüş

 

0004

Xalq.az xəbər verir ki 9 oktyabr 2013-cü il prezident seçkilərində Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Nərimanov rayonu üzrə üzrə Seçki Qərargahı dünən cənab İlham Əliyevin təşviqat işlərinə start verib.

Nərimanov rayonunda fəaliyyət göstərən bütün seçki məntəqələri ərazisində xüsusi lövhələrə Yeni Azərbaycan Partiyasının namizədi cənab İlham Heydər oğlu Əliyevin portretləri birinci sıradan yapışdırıldı. YAP Nərimanov rayon təşkilatının sədri Təmraz Tağıyevin sözlərinə görə, bu prosesə daha çox gənclərdən ibarət olan 160 nəfərə qədər partiya fəalı qoşulub. O qeyd edib ki, bu işə gecə saatlarından başlanıb və qısa müddətdə də başa çatıb. Təşkilat sədri deyib ki, gənclər bu prosesinə inamla başladılar və seçkilərdə cənab İlham Əliyevin qələbəsinə əmindirlər.