Nəzərbəy Hacıağayev:”Dünya standartlarından üstün olan Azərbaycan seçki standartları formalaşdı”

Bu seçkidə dünya standartlarından üstün olan Azərbaycan seçki standartları formalaşdı. Bu sözləri açıqlamasında öz təşəbbüsü əsasında, könüllü seçki müşahidəçisi qismində iştirak etmiş Nəzər Media.az-ın baş redaktoru Nəzərbəy Hacıağayev bildirib. O qeyd edib ki, mən artıq uzun illərdi ölkəmizdə keçirilən müxtəlif seçki prosesləri zamanı müşahidəçi qismində çıxış etmişəm. Hər zaman ölkəmizdəki seçki prosesinin ədalətli, şəffaf və dünya standarlarına uyğun olduğunu öz gözlərimlə müşahidə etmişəm. Ancaq bu dəfəki seçkilər zamanı biz dünya təqdim olunan standartları belə üstələməyi bacardıq.

Mənim olduğum məntəqlərin birində ATƏT-in müşahidəçiləri var idi. Adamlar sanki məntəqəyə problem axtarmağa və ya hansısa qarışqadan fil yaratmağa gəlmişdilər. Ancaq sevindirici odur ki, soyuqanlı olan bu əcnəbilər məntəqdən nəinki səhf tapa bilmədilər, əksinə ürəyli şəkildə olmasa da “Fine” deməyə məcbur oldular.

Seçici fəallığı çox yüksək səviyədə idi, seçici mədəniyyəti çox yüksək səviyədə idi. İnsanlar heç bir problem olmadan məntəqələrə gələrək öz istədikləri namizədə səs verirdilər.

Bir daha cənab Prezident İlham Əliyevi təbrik edir. Ona gələcək yeddi ildə uğurlar arzu edirəm !