Nəzərmedia.az 5 ildir fəaliyyətdədir

NəzərMedia.az İnformasiya portalının təsisindən 5 il ötür. Portal 2013-cü ilin aprel ayının 6-da ictimaətə təqdim olunub.
Portalın təsisçisi və baş redaktoru Nəzərbəy Hacıağayevdir.
Təsisçi saytı haqqında deyib:  “Nəzər Media.az sizə hər gün ölkəmizdə və dünyada baş verən siyasi-ictimai, mədəniyyətlə bağlı, idman tədbirləri ilə bağlı xəbərləri isti-isti operativ şəkildə çatdırır. Ölkəmizdə, cəmiyyətimizdə baş vermi istənilən hadisə daim bizim diqqətimizdə olur.
Müstəqil fəaliyyətimiz isə hadisələrə daha neytral vəədalətli yanaşmağımız üçün bir zəmindir. Bu illər ərzində Nəzər Media.az İnformasiya portalı bizimlə fəal əməkdaşlıq edənləri də fərqləndirməyi bacarıb. Belə ki, Nəzər Media.az 2 yaşından etibarən hər il bizimlə fəal kontakta olan şəxslərə Nəzər Media.az-ın dotu mükafatının təqdim edir. Bu mükafat indiyədək cəmiyyətimiz müxtəlif sahələrində fəaliyyət göstərən bir sıra şəxslərə verilib. Nəzər Media.az-ın dostu mükafatına ilk layiq görülən isə o zaman ki, Azərbaycan Qızıl Aypara Cəmiyyətinin baş katibi, hal-hazırda Cənubi Sudanda BQXK-də beynəlxalq missyasını icra edən Bayram Vəliyevdir.
Nəzər Media.az İnfomasiya Portalının qərarına əsasən bu ildən etibarən Nəzər Media.az İnformasiya portalı ilə fəal əməkdaşlıq edən şəxslər Nəzər Media.az-ın dostu mükafatına portalımızın təsis günü ərəfəsində deyil, dostlarımızın doğum günü ərəfəsində təqdim edəcəyik. Artıq bu il ərzində iki dostumuz Nəzər Media.az-ın dostu mükafatı ilə təltif olunub.
İlk olaraq türk iş adamı, Türkiyə Respublikasının Təhsil Nazirliyin nəzdinin fəaliyyət göstərən “”FONO” Açıköğretim” qurumunun özəlləşdirilmiş hissələrinin sahibi Səlçuk Tapana doğum günündə Nəzər Media.az -ın dostu mükafatı təqdim olundu. Daha sonra tanınmış ictimai xadim, Sumqayıt Şəhər Yəhudi Dini İcmasının təsisçisi Nəsimi Əbilov doğum günüdə Nəzər Media.az-ın dostu mükafatına layiq görülüb. Portalın təsisçisi və baş redaktoru Nəzərbəy Hacıağayev portalın təsisi ilə bağlı fikirlərini sosial şəbəkədə bu formada paylaşıb: Nəzər Media.az sənin üçün nə əhəmiyyət daşıyır sualı ilə mənə müraciət etsəz . Cavabım belə olar: Valideyin üçün övlad nədir, Nəzər Media.az mənim üçün odur. Heç bir zaman heç nəyə, dünyanın heç bir ləl-cəvahirinə, ödənilən heç bir məbləğinə dəyişdirməyəcəyim, imtinası haqqında nəinki söhbət heç düşünə biləməyəciyimdir Nəzər Media.az. Bəzən çox yorur məni , ancaq yenə gücümü toplama səbəbim olur. Bəzən maddi yük olur mənə, ancaq o dövrlərdə belə Nəzər Media.az imtina etmərəm deyirəm . Özüm günlərlə ac-susuz qalmağa razı olaram, ancaq heç vaxt bir gün olsun belə Nəzər Media.az-ın bağlanmasına və ya fəaliyyətinin dayandırılmasına razı olmaram. Nəzər Media.az ilə mən müstəqil fəaliyyətin şirinliyini bir daha dərindən anladım və xarakterimə yansıdı bu müstəqil fəaliyyət. İnanın ki, bundan sonra nə çətinlik olsa belə mən bu müstəqilliydən imtina etmərəm !! Nə qədər mən varsam bu mətbuat qurum var olacaq, məndən sonra da olacaq ! Saytın  5 yaşı mübarək olsun NƏZƏR MEDİA.AZ!! Bir daha bütün kollektivimizi Nəzər Media.az-ın təsis günü münasibəti ilə təbrik edirəm”.