Nabran qaranlığa qərq oldu

Nabran

Turistlər etiraz edirlər.

Ölkəmizin məşhur kurort və istirahət mərkəzi olan Nabranda əsl enerji böhranı yaşanır. Bunu Savash.org-a hazırda adıçəkilən məkanda istirahət edən oxucularımızdan biri deyib. Onun sözlərinə görə, artıq bir sutkadan artıqdır ki, bütövlükdə Nabran qəsəbəsində elektrik enerjisinin verilməsində problem yaranıb və bu turistlərin ciddi etirazına səbəb olub:

“İstirahət mərkəzlərinin işi demək olar ki, iflic olub. Kimin imkanı varsa tropnsformatorlar hesabına vəziyyətdən çıxmağa çalışır. Amma bütövlükdə Nabran qaranlıq içərisindədir və bu həm, sakinlərin, həm sahibkarların, həm də turistlərin əsəblərini tarıma çəkib. Guya xərc çəkərək, buraya istirahət etməyə gəlmişdik, bilsək belə olacaq başqa yerə gedərdik”.

Xatırladaq ki, Nabran Xaçmaz rayonunda, Rusiya-Azərbaycan sərhədinin yaxınlığında yerləşən, məşhur kurort və istirahət mərkəzidir. Əhalisi 1,313 nəfərdir. İstirahət mərkəzi Nabran, Dalğalı, Turist, Meşəli, Günəşli, Samurçay və Şimal kəndlərindən ibarətdir. Nabran, Xaçmaz Rayonunun ən böyük istirahət mərkəzidir. Azərbaycanın paytaxtı Bakıdan 3 saatlıq məsafədə yerləşən Nabran Xəzər dənizi sahilində subtropik meşələrlə əhatələnir. Nabran bir neçə kilometr ərazini əhatə edən yaşayış qəsəbəsidir. Evlər, oteller, əyləncə obyektləri və restoranlar istirahət mərkəzinin sol tərəfində, 30 kilometrlik sahil boyunca uzanan çimərlik isə yolun sağ tərəfindədir.