Nabranda 2 nəfər batdı

Nabran

Nabranda dənizdə batan 2 nəfərin cəsədi tapılıb.

XALQ.AZ-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən məlumatına görə, “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Xaçmaz rayonu, Nabran qəsəbəsində dənizdə (ən yaxın xilasetmə məntəqəsindən 1500 metr aralı, nəzarət olunmayan ərazidə) 1971-ci il təvəllüdlü Kərim Qədir oğlu Şirinov və 1998-ci il təvəllülü Bəhram Rəfail oğlu Həmzəyev batıblar.

Dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunublar.

K.Şirinov və B.Həmzəyevin cəsədləri batdıqları yerdən xilasedicilər tərəfindən tapılaraq aidiyyəti üzrə təhvil verilib.