Naftalan şəhər Məşğulluq Mərkəzində dəyirmi masa keçirilib.

 

Naftalan şəhər Məşğulluq Mərkəzində “Sosial məsuliyyətin bölgüsü çərçivəsində həyata keçirilən tədbirlərdə işəgötürənlərin iştirakı” mövzusunda dəyirmi masa keçirilib.
08 may 2017-ci il tarixdə Naftalan şəhər  Məşğulluq  Mərkəzində “Sosial məsuliyyətin bölgüsü çərçivəsində həyata keçirilən tədbirlərdə işəgötürənlərin iştirakı” mövzusunda dəyirmi masa keçirilib.Tədbirdə Naftalan  şəhər İcra Hakimiyyəti başçısının müavini Afət Cabbarova, şəhər Məşğulluq  Mərkəzinin əməkdaşları, şəhərin idarə, müəssisə və təşkilatlarından nümayəndələr iştirak ediblər.
Naftalan şəhər Məşğulluq Mərkəzinin direktoru Anar Əliyev tədbiri giriş sözü ilə açaraq qeyd edib ki, işəgötürənlər idarə, müəssisə və təşkilatlarda yaranan boş iş yerləri, işçilərin və iş yerlərinin ixtisarı, kvot iş yerləri haqqında, işçilərin hərəkəti haqqında şəhər  Məşğulluq Mərkəzinə  hesabat formalarını vaxtlı-vaxtında təqdim etməlidirlər. Əks halda cərimələr tətbiq olunacaqdır.
Naftalan  şəhər İcra Hakimiyyəti  başçısının müavini Afət Cabbarova mövzu ətrafında ətraflı çıxış etmişdir.Həmçinin qeyd etmişdir ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən, bütün bölgələrdə olduğu kimi,2017-ci ildə Naftalan şəhərində də nazirlik və komitələr tərəfindən 176 yeni iş yeri açılmışdır.
Tədirdə çıxış edən digər nümayəndələr mövzu ilə bağlı öz fikirlərini söylədilər.