Naftalanda gənclərlə görüş keçirildi

nafalan-1

Naftalan şəhər İcra Hakimiyyətində gənclərlə görüş keçirilib.  Görüşdə şəhər İcra Hakimiyyətinin başçısı Natiq Aslanov və Prezident Administrasiyasının məsul işçisi Əlibaba Əliyev iştirak edib.

XALQ.AZ xəbər verir ki, tədbiri giriş sözü ilə açan şəhər İcra Hakimiyyətinin Başçısı gəncləri salamlayaraq qeyd edib ki, tarixən hər bir xalq özünün xoşbəxt gələcəyə olan ümidlərini ilk növbədə gənc nəsilə bağlayır, onun hərtərəfli inkişaf etməsinə şərait yaradır. Bu mənada ölkəmizin gələcəyi olan gənclərə qayğı möhtərəm Prezidentimiz cənab İlham Əliyevin fəaliyyətinin əsas istiqamətlərindəndir. Həmçinin qeyd etmişdir ki, gənclik böyük qüvvədir. Bu səbəbdən də şəhərimizdə gənclərlə iş, onların qayğı və problemlərinə həssas münasibət daim diqqət mərkəzindədir. Sonra çıxış edən şəhər Gənclər və İdman idarəsinin rəisi Rövşən Aslanov ölkəmizdə, o cümlədən Naftalanda gənclərə dövlət qayğısından, gənc mütəxəssislərə verilən imkanlardan və yaradılan şəraitdən danışıb.

Daha sonra müzakirələrə başlanılmış və açıq söhbətlər zamanı cıxış edən gənclər onları maraqlandıran sahələr üzrə təklif və problemlərini bildiriblər. Gənclərin müəyyən iş yerləri ilə təmin olunmaları da müzakirə mövzularının əsas hissəsi olub.

Sonda Şəhər İcra Hakimiyyətinin başçısı  Natiq Aslanov bildirib ki, bu sahədə həmişə olduğu kim yenədə biz gənclərə dəstək olacağıq. Gənclər də həmişə çalışmalıdırlar ki, respublikanın ictimai- siyası həyatında onlarında rolu olsun. Artıq son illərdə YAP Naftalan Gənclər Birliyinin göstərdiyi fəaliyyətin nəticəsidirki, Respublika Gənclər Birliyinin diqqətini cəlb edə bilib. Buda onu göstərir ki, Naftalanda gənclərə böyük diqqət və qayğı göstərilir.

Naftalan