Naftalanda Qələbə Günü

 

Naftalan şəhərində faşizm üzərində qələbənin 72-ci ildönümü qeyd olundu.

9 may 2017-ci il tarixdə Naftalan Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə faşizm üzərində qələbənin 72-ci ildönümü qeyd olundu.
Tədbirdə şəhərin hüquq mühafizə orqanlarının, idarə, müəssisə, təşkilatların rəhbərləri ilə yanaşı şəhər ictimaiyyətinin nümayəndələri iştirak edib.
Şəhər İcra Hakimiyyətinin başçısı Natiq Aslanov tədbiri giriş sözü ilə açaraq müharibə veteranlarını təbrik edib və onlara can sağlığı arzulayıb.Faşizm üzərində qələbənin əldə edilməsində azərbaycanlıların əməyindən və Azərbaycan neftinin rolundan bəhs edib. O bildirib ki, 72 il əvvəl dünyanı faşizm dəhşətindən xilas edən və xalqlara azadlıq gətirən insanlar dərin minnətdarlığa və böyük hörmətə layiqdirlər.
9 May-Qələbə Günü münasibətilə şəhər İcra Hakimiyyətinin başçısı tərəfindən Böyük Vətən müharibəsi iştirakçılarına, həlak olmuş və ya sonralar vəfat etmiş döyüşçülərin dul arvadlarına, arxa cəbhədə fədakar əməyinə görə orden və medallarla təltif edilmiş şəxslərə birdəfəlik maddi yardım verilmişdir.