Naftalanda şəhidimiz anıldı-Fotolar

Фото Ulfat Əliyev.

 

Naftalanda şəhid Vaqif Bayramovun anım mərasimi keçirilib.

11 aprel 2017-ci il tarixdə 2016-cı ilin aprel ayında cəbhə xəttində gedən ağır döyüşlər zamanı qəhrəmancasına şəhid olmuş kapitan Bayramov Vaqif Dilqəm oğlunun anım mərasimi keçirilib. Anım mərasimində Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı Natiq Aslanov, hüquq mühafizə orqanlarının rəhbərləri, şəhərin idarə, müəssisə və təşkilatların rəhbərləri və nümayəndələri, şəhidin xidmət etdiyi hərbi hissənin zabit və əsgərləri, şəhər ictimaiyyətinin nümayəndələri, Qarabağ müharibəsi veteranları və şəhidin doğmaları iştirak etmişdir.
Naftalan şəhər Xatirə Kompleksindən şəhidimizin dəfn olunduğu qəbirstanlığadək yürüş təşkil edilmişdir. Mərasim iştirakçıları tərəfindən şəhidimizin məzarı üzərinə əklil və qərənfillər qoyulub, onun ruhuna dualar oxunub.
Mərasim daha sonra xeyir-şər evində davam etdirilib.

Фото Ulfat Əliyev.

Фото Ulfat Əliyev.Фото Ulfat Əliyev.

Фото Ulfat Əliyev.

Фото Ulfat Əliyev.

Фото Ulfat Əliyev.

Фото Ulfat Əliyev.