Naftalanda Ulu Öndər Heydər Əliyevin anadan olmasının 94-cü ildönümü münasibətilə silsilə tədbirlər davam etdirilir.

 

Naftalan şəhər Z.Rüstəmov adına Qaşaltı Qaraqoyunlu kənd tam orta məktəbdə Ulu Öndər Heydər Əliyevin anadan olmasının 94-cü ildönümü münasibətilə tədbir keçirilib.

05 may 2017-ci il tarixdə Naftalan şəhər Z.Rüstəmov adına Qaşaltı Qaraqoyunlu kənd tam orta məktəbdə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 94-cü ildönümünə həsr edilən “Sən əlçatmaz zirvəsən” adlı tədbir keçirilib.
Məktəbin direktoru Ulduz Mayılova tədbiri giriş sözü ilə açaraq müstəqil Azərbaycan dövlətinin qurucusu və memarı olan dahi Lider Heydər Əliyevin həyat və fəaliyyəti, onun Azərbaycan tarixindəki rolu barədə danışıb.
Tədbirdə məktəbin tarix müəllimi Gülşən Əmirova  çıxış edərək dövlətimizin və dövlətçiliyimizin banisi, Azərbaycan xalqının xilaskarı olan ulu öndər Heydər Əliyev siyasətinin uğurlu nəticələrindən bəhs edib,  onun zəngin irsinin bütün nəsillər üçün örnək olduğunu diqqətə çatdırıb.
Eyni zamanda məktəbin IX-XI sinif şagirdləri arasında “Heydər Əliyev-Azərbaycanın memarıdır” mövzusunda  inşa yazı müsabiqəsi keçirilib.