Nanənin çəkisi eşidənləri şok etdi – FOTO

“Nanəli” verlişinin aparıcısı Nanə Ağamalıyevadan xəbər var.

XALQ.AZ  xəbər verir ki, aparıcı arıqlama sirrini izləyiciləri ilə bölüşüb:

“Mən bir ara, hardasa 4il öncə bir az kökəlmişdim. Çox yaraşırdı mənə, ən əsası, üzüm, dərim gözəlləşmişdi. Ancaq artıq çəki artıqdır axı nə yalan deyim… 8 ay ərzində idman və pəhrizlə oldüu 46 kilo. Əvvəl ilk 3 ayı məşq elədim, gördüm arıqlamıram. Sonra başladım yeməyi azaltmağa… Yalnız aclıq hiss edəndə bizdə arıqlama gedir. Yəni, acmadan yemək qəbul etmək olmaz. Çoxlu su və təzyiq kimdə normaldırsa qreypfrut şirəsi içə bilər. Çoxlu su için, idman edin. Mən elə bir gün yoxdur ki, idman etməyim. Tənbəllliyi atın bir kənara və gücünüzü özünüzə göstərin. Möhkəm iradəli insanlar yalnız bunun öhdəsindən gəlir. Gözəl qalmağın sirri- idman, su və qeybətsiz həyat!

Qeyd edək ki, aparıcının 46 kilo olması izləyicilərdə çaşqınlıq yaradıb.

Aparıcı Nanənin çəkisi eşidənləri ŞOK ETDİ - FOTOLAR

 

 

Orxan