Naqif Həmzəyev seçiciləri ilə görüşüb

Bu gün millət vəkili Naqif Həmzəyev seçicilər ilə görüşüb.

XALQ.AZ xəbər verir ki, millət vəkili mütəmadi olaraq Yeni Azərbaycan Partiyası Gəncə şəhər Təşkilatında təmsil etdiyi dairədə yaşayan seçicilərlə görüşür, arzu və təklifləri, problemləri ilə maraqlanır. Səmimi bir şəkildə davam edən görüşlərdə seçicilərini dinləməkdən əsla yorulmayan millət vəkili müraciətlərə həssaslıqla yanaşır, lazımi köməklik göstərir.

Bu dəfə də millət vəkili 17 nəfər seçicini ayrı-ayrılıqda qəbul edib. Onların məşğulluq, hüquqi, tibbi yardım, sosial yönümlü məsələlərlə bağlı müraciətlərinin həlli ilə bağlı yerindəcə qərar qəbul edib. Eyni zamanda araşdırılması tələb olunan müraciətlər nəzarətə götürülüb, aidiyyatı orqanlara sorğular göndərilib.

 

Orxan