Naqif Həmzəyev: “Ulu öndəri özümə ideal seçmişəm”

“Hər kəs uşaq yaşlarından özünə ideal seçir, onun kimi olmağa çalışır. Mənim idealım uşaqlıqdan “Mənim üçün hər şeydən əziz mənim xalqımdır, mənim Vətənimdir, mənim torpağımdır” deyən Ulu öndər Heydər Əliyev olub. Dahi şəxsiyyətin şərəfli ömür yolu, çoxşaxəli, misilsiz fəaliyyəti, Vətənə və xalqa fədakar xidməti mənim üçün örnəkdir”.

XALQ.AZ xəbər verir ki, bunu YAP Gəncə şəhər Təşkilatının sədri, deputat Naqif Həmzəyev Gəncə Dövlət Universitetinin 80 illik yubileyinə həsr olunan “II könüllülük Yaz liderlik məktəbi” layihəsi çərçivəsində tələbələrlə görüş zamanı deyib.

Gəncə şəhər Gənclər evində  keçirilən görüşdə Naqif Həmzəev ölkəmizin tərəqqisində gənc nəslin  rolundan ətraflı bəhs edib.Millət vəkili eyni zamanda Gəncə şəhərindəuğurla həyata keçirilən dövlət gənclər siyasəti nəticəsində gənclərin məşğulluğunun təmin edilməsindən, hərtərəfli inkişafından, vətənpərvər ruhda tərbiyəsi istiqamətində ardıcıl aparılan işlərdən danışıb. YAP Gəncə şəhər Təşkilatında gənclərin dünyagörüşünün zənginləşməsi, intellektinin formalaşması istiqamətində mühüm tədbirlərin həyata keçirildiyini, gənclərin səmərəli fəaliyyətə cəlb olunduğunu diqqətə çatdırıb. O,  YAP Gəncə şəhər Təşkilatında keçirilən dəyirmi masaların, seminarların, diskussiyaların, treninqlərin, layihələrin, Təlim və Resurs Mərkəzinin, “Cine Club”un gənclərin inkişafında, gələcək arzularını gerçəkləşdirməkdə oynadığı rolu xüsusi ilə vurğulayıb.

Gənclərin suallarını ətraflı cavablandıran millət vəkili gənclərətövsiyyələrini verib, tədbirin təşkilatçılarına öz təşəkkürünü bildirib.

Sonda xatirə şəkili çəkilib.

 

Elgün