“Nar bağı” filmi ABŞ-da nümayiş olunacaq

Bərdə. 30 aprel. REPORT.AZ/ “Nar bağı” bədii filmi ABŞ-da keçirilən SEE (South East European Film Festival) film festivalında nümayiş olunacaq.

XALQ.AZ xəbər verir ki, “Azərbaycanfilm” kinostudiyasından  verilən məlumata görə, “Buta film” kinoşirkətin və “Azərbaycanfilm” kinostudiyasının birgə istehsalı olan film Mədəniyyət Nazirliyinin sifarişi ilə çəkilib.

Ekran əsərinin quruluşçu rejissoru İlqar Nəcəf, ssenari müəllifləri Asif Rüstəmov, İlqar Nəcəf, Roelof Jan Minneboo, quruluşçu operatoru Ayhan Salar, quruluşçu rəssamı Rafiq Nəsirov, bəstəkarı Firudin Allahverdi, icraçı prodüseri Akif Əliyev, prodüserləri Müşfiq Hətəmov və İlqar Nəcəfdir.

Rolları Qurban İsmayılov, İlahə Həsənova, Səmimi Fərhad, Həsən Ağayev, Rövşən Kərimduxt və digərləri canlandırıblar.

 

Elgün

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir