“Nar” “Bakı-2017″nin rəsmi tərəfdaşı seçilib

 

“Nar” şirkəti "Bakı-2017"nin rəsmi tərəfdaşı seçilib FOTOLAR - SƏS TV

“Nar” şirkəti “Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarının rəsmi telekommunikasiya tərəfdaşı seçilib. XALQ.AZ-ın məlumatına görə, bu gün bununla bağlı rəsmi tərəfdaşlığa dair sazişin imzalanma mərasimi keçirilib. Mərasimdə “Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarının Əməliyyat Komitəsinin korporativ direktoru Elçin Səfərov, “Nar” şirkətinin baş icraçı direktoru Klaus Müller və media nümayəndələri iştirak ediblər.

Tədbirdə qeyd olunub ki, “Nar” “Bakı-2017” IV İslam Həmrəyliyi  Oyunları zamanı Əməliyyat Komitəsini mobil telekommunikasiya xidmətləri – zəng və data xidmətləri ilə təmin edəcək, eləcə də İnformasiya Əlaqə Mərkəzi və Oyunların Texnologiya Şöbəsinə dəstək xidməti sahəsində aparıcı provayder rolunu oynayacaq.

“Bakı-2017” IV İslam Həmrəyliyi Oyunları Əməliyyat Komitəsinin korporativ direktoru Elçin Səfərov bildirib ki, Oyunlar zamanı yüksək keyfiyyətli rabitə xidmətləri ilə təmin olunmaq çox vacibdir: “Əminəm ki, birgə əməkdaşlığımız sayəsində “Nar” şirkəti “Bakı-2017” IV İslam Həmrəyliyi   Oyunlarının uğurla həyata keçirilməsində öz müsbət töhfəsini verəcək”

“Nar” şirkətinin baş icraçı direktoru Klaus Müller “Nar”ın “Bakı-2017” IV İslam Həmrəyliyi  Oyunlarının rəsmi telekommunikasiya tərəfdaşı seçilməsinin şirkət üçün  böyük qürur hissi olduğunu qeyd edib: “İki il öncə Azərbaycanda keçirilmiş ilk Avropa Oyunlarının tərəfdaşı olaraq, bu səpkili mühüm layihələrdə birgə əməkdaşlıq istiqamətində kifayət qədər  təcrübə qazanmışıq. Bu təcrübəyə əsaslanaraq deyə bilərəm ki, Oyunların telekommunikasiya tərəfdaşı olaraq, “Nar”ın peşəkar əməkdaşları “Bakı-2017” Oyunlarının təşkilatçılarına və iştirakçılarına yüksək keyfiyyətli xidmət göstərəcək. Əminəm ki, Azərbaycanın tarixində “Bakı-2017″ IV İslam Həmrəyliyi  Oyunları çox böyük hadisə olacaq və “Nar” şirkətinin bu hadisənin bir parçası olması bizə qürur verir”.

Daha sonra saziş imzalanıb.

Sonda tədbir iştirakçıları media nümayəndələrinin suallarını cavablandırıblar.

 

 

k kk kkk

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.