“Nar”-dan yeni kampaniya

 

narr

 

“Nar” yeni “3-ü 1-də aylıq” tarifini təqdim edib. Belə ki, tarifə qoşulan istifadəçilər elə həmin andan etibarən, ölkədaxili bütün istiqamətlərə 300 dəqiqə, 300 SMS və 900 MB internet trafiki əldə edirlər. Tarifə qoşulmuş abunəçinin balansından 9 AZN çıxılır və təqdim olunmuş dəqiqə, SMS və internet trafiki bitdikdən sonra, 1 ölkədaxili zəngin dəqiqəsi 5 qəpik, 1 ölkədaxili SMS 3 qəpik, 1 MB internet trafiki isə 5 qəpik təşkil edir.

 

Qeyd edək ki, “3-ü 1-də aylıq” tarifi çərçivəsində təqdim olunan dəqiqə, SMS və internet trafikinin istifadə müddəti 30 gündür. Bu müddət bitdikdən sonra balansda kifayət qədər məbləğ olduğu halda, bonuslar avtomatik olaraq yenilənir. Balansda kifayət qədər məbləğ olmadıqda isə, tarif avtomatik olaraq yenilənmir və xidmətlər üçün 1 ölkədaxili zəngin dəqiqəsi 6 qəpik, 1 ölkədaxili SMS 3 qəpik, 1 MB internet trafiki isə 29 qəpik təşkil edir.

 

“3-ü 1-də aylıq” tarifinə qoşulmaq üçün “3in1” yazıb 777 qısa nömrəsinə mesaj göndərmək və ya *777#61#YES şifrəsini yığmaq kifayətdir.

 

“Nar” tarif və kampaniyaları haqqında ətraflı məlumatı nar.az internet səhifəsindən öyrənmək mümkündür.