“Nar” ilə “WhatsApp” artıq pulsuzdur

4 may 2018-ci il tarixindən etibarən, artıq “Nar”-ın bütün yeni aktivləşmiş “Turbo” internet paketlərində “WhatsApp” pulsuzdur.
Bununla da, “Turbo” istifadəçiləri paketin istifadə müddəti bitənədək “WhatsApp” vasitəsilə yazılı mesajlar göndərə biləcəklər.

Xatırladaq ki, müxtəlif həcmli “Turbo” paketləri istər mobil telefonda, istərsə də kompüterdə 225 Mb/s-dək sürətdən zövq almaq imkanı verir. Paket bitdikdə isə “ədalətli istifadə” siyasətinə uyğun olaraq, istifadə müddətinin sonunadək pulsuz internetdən və “WhatsApp” vasitəsilə limitsiz yazışmadan yararlanmaq olar. Üstəlik, irihəcmli “Turbo XL”, “Turbo 2XL” və “Turbo 3XL” paketlərində gecələr internet yüksək sürətlə pulsuz və limitsizdir.

“Nar”-ın “Turbo” internet paketləri haqqında daha ətraflı məlumatı nar.az internet səhifəsindən əldə etmək olar.

 

Orxan

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.