Narkomaniyaya və digər zərərli vərdişlərə qarşı maarifləndirmə tədbiri

10 avqust 2018-ci il Beynəlxalq Mətbuat Mərkəzində Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə “Sağlam Dünya” İctimai Birliyi tərəfindən həyata keçrilən “Yeniyetmə və gənclər arasında narkomaniyaya və digər zərərli vərdişlərə qarşı maarifləndirmə işinin təşkili, sosial şəbəkələr vasitəsi ilə geniş dairədə təbliğatın aparılması” layihəsi çərçivəsində tədbir keçrilib.
XALQ.AZ xəbər verir ki, tədbirı giriş sözü ilə Sağlam Dünya” İctimai Birliyinin sədri İlqar Quliyev açıb,sonra təşkilatın təlim üzrə koordinatoru Ramilə Quliyeva mözu ilə bağlı cixiş edərək tədbir iştirakçılarına ətraflı məlumat verib.
Daha sonra cixiş üçün söz orta məktəb müəllimlərinə və tədbir iştirakçılarına verilib.
Tədbirdə Qeyri-Hökumət Təşkilatlarının rəhbərləri və nümayəndələri,ekspertlər,ali və orta məktəblərdən dəvət olunmuş gənclər iştirak edib. Tədbirdə narkomaniyanin törədə biləcəyi dəhşətlərlə bağlı məlumatlar söylənilib və bu sahədə görülməli olan qabaqlayıcı tədbirlərlə bağlı çıxış və təkliflər dinlənilib
Çıxışlarda qeyd olunub ki,bu mövzuda aparılan təbliğatlar gənclərdə narkomaniyanın doğurduğu faciələr, QİÇS və bir sıra başqa qorxunc xəstəliklərin yayılması haqqında aydın təsəvvür yaradır,bu yöndə təbliğatlarin mütəmadi olaraq davam etdirilməsi vacibrir.
Azərbaycan hökuməti ümumbəşəri problemə çevrilən narkomaniyanın yayılmasının qarşısının alınması məqsədilə daim tədbirlər görür, ona qarşı mübarizədə dünya ölkələri və beynəlxalq təşkilatlarla birgə fəaliyyət göstərir. Qeyri-Hökümət Təşkilatları da öz növbəsində dövlət siyasətinə yaxından dəstək verməli və birgə fəaliyyətlər icra etməklə öz töhfələrini verməlidirlər.
Orxan