NATO-nun təhsil ekspertləri Bakıya gəlib

Hərbi təhsil sisteminin inkişafına dəstək üzrə NATO-Azərbaycan birgə fəaliyyət planına uyğun olaraq, Müdafiə Təhsilinin Genişləndirilməsi Proqramı (DEEP) çərçivəsində NATO-nun ekspert qrupu tərəfindən Müdafiə Nazirliyinin və Alyansın mütəxəssisləri arasında işçi görüşü keçirilir.

XALQ.AZ xəbər verir ki, bu barədə Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. Silahlı Qüvvələrin Hərbi Akademiyasında iyunun 8-dək davam edəcək işçi görüşdə “Elektron təhsil modul”u mövzusuna dair müzakirələr aparılacaq.

 

Orxan

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir