Brüsseldə keçirilən NATO ölkələri sammitində dövlət başçılarının imzaladığı yekun bəyanat açıqlanıb.
XALQ.AZ Türkiyə mətbuatına istinadən xəbər verir ki, bəyanatda yer alan bəzi maddələr bunlardır:
- Müttəfiq olaraq bir-birimizi müdafiə məsuliyyətini ədalətli şəkildə bölüşəcəyik.
-
Türkiyəyə cənub sərhədindən gələcək təhdidlərə qarşı tədbirləri artıracağıq.
-
Müttəfiqlər terrorla mübarizədə birlik və həmrəylik içində olacaq.
-
Türkiyənin son 4 ildə Suriyadan raket atəşinə tutulmasından narahatıq. Suriyadan gələn raket təhdidini izlməyi və qiymətləndirməyi davam etdirəcəyik.
-
Son 4 ildə müdafiə xərclərinin artması təqdirə layiqdir.
-
Rusiyanın fəaliyyəti stabilliyi və təhlükəsizliyi risk altına alır.
-
2024-cü ilə qədər qurudan, havadan və dənizdən hərbi fəallığı daha da artırmaq nəzərdə tutulur.
-
Belçikada Kiber Əməliyyatlar Mərkəzi qurulması qərara alınıb.
-
2024-cü ilə qədər Əfqanıstana maliyyə dəstəyi davam etdiriləcək.
Qeyd edək ki, NATO-nun növbəti sammiti 2019-cu ildə keçiriləcək.