Naxçıvan Ali Məclisinin sessiyası çağırıldı – SƏBƏB

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin növbəti sessiyası çağırılıb.

XALQ.AZ xəbər verir ki, bu barədə müvafiq qərarı iyulun 10-da Ali Məclisin sədri Vasif Talıbov imzalayıb.

Qərara görə, V çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin səkkizinci sessiyası 2018-ci il iyul ayının 14-də saat 11:00-da Naxçıvan şəhərində çağırılacaq.

Sessiyanın müzakirəsinə aşağıdakı məsələlər daxil edilib:

1.2018-ci ilin birinci yarısında Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafının yekunları;

2.Naxçıvan Muxtar Respublikasının 2017-ci il dövlət büdcəsinin icrasının təsdiq edilməsi;

3.”Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə seçkilər haqqında” Naxçıvan Muxtar Respublikasının Qanununda dəyişikliklər edilməsi;

Sessiyanın iclasına aidiyyəti təşkilatların rəhbərləri və dövlət mətbuat orqanlarının nümayəndələri dəvət olunublar.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.