Naxçıvan Nümayəndəliyində 20 yanvar şəhidlərinin xatirəsi anıldı

 

Naxçıvan Muxtar Respublikasının Bakı şəhərindəki Daimi Nümayəndəliyində 20 Yanvar faciəsinin anım mərasimi keçirilmişdir

Naxçıvan Muxtar Respublikasının Bakı şəhərindəki Daimi Nümayəndəliyində 19 yanvar 2017-ci il tarixində 20 Yanvar faciəsinin 27-ci ildönümünə həsr olunmuş anım tədbiri keçirilib.XALQ.AZ-a verilən məlumata görə 20 Yanvar şəhidlərinin ruhu bir dəqiqəlik sükutla yad edilib.Tədbirdə çıxış edən Daimi Nümayəndəliyin rəhbəri Bəxtiyar Əsgərov Azərbaycan xalqının tarixinə Qanlı Yanvar faciəsi kimi daxil olmuş 1990-cı ilin 20 Yanvar hadisələrini həmin gün Azərbaycan xalqına qarşı sovet imperiyası rəhbərliyinin həyata keçirdiyi hərbi təcavüz, insanlığa qarşı törədilmiş ən ağır cinayətlərdən biri kimi xarakterizə edib. Bildirib ki, o qanlı gündən 27 il keçməsinə baxmayaraq,şəhid olanlar yaddaşlarda silinməz iz buraxmışlar.Onların mübarizliyi bugünkü gəncliyimizə nümunə məktəbidir. Xalqımız üçün o illərin qaranlıq məqamları zaman keçdikcə aydınlaşmış,yüz illərdi ki,erməni hiyləgərliyi,xəyanəti nəticəsində xalqımıza qarşı törədilmiş amansızlıqlar gün üzünə çıxmışdır. Qeyd olunmuşdur ki, 20 Yanvar faciəsi son dövr tariximizin qanlı hadisələrindən bir kimi həm də,bu xalqın qan yaddaşında bir mübarizə,qürur günüdür. Bəxtiyar Əsgərov 20 yanvar faciəsinin dünyaya çatdırılmasında o zaman Moskvada yaşayan Ümummilli liderimiz Heydər Əliyevin əvəzsiz rolundan danışmış,qeyd etmişdir ki, Heydər Əliyev böyük cəsarət nümayiş etdirərək Moskvada, Azərbaycan nümayəndəliyində sovet rejiminin qanlı cinayətlərinin,20 Yanvar faciəsinin əsl səbəbkarlarının kim olduğunu bütün dünyaya bəyan etmişdir.Bəxtiyar Əsgərov qeyd etmişdir ki, Ulu Öndər Naxçıvanda işlədiyi zamanda da 20 Yanvar tarixinin hər il ümümxalq hüzn günü kimi qeyd olunmasının və ona siyasi-hüquqi qiymət verilməsinin əsas təşəbbüskarı olmuş və onun respublikamıza rəhbərliyi dönəmində bu məsələ özünün müsbət həllini tapmışdır. Ümummilli liderin layiqli davamçısı Prezident cənab İlham Əliyev də daim tarixilik və müasirlik amilini əsas tutaraq milli-mənəvi dəyərlərimizin, qan yaddaşımızın qorunub saxlanılmasına xüsusi diqqət yetirir. Bu gün müstəqil Azərbaycan dövlətinin bütövlükdə tariximizə, mədəniyyətimizə, adət-ənənələrimizə həssas münasibəti,dövlət səviyyəsində milli mədəniyyətimizin və tariximizin bütün dünyada təbliğ olunması üçün həyata keçirilən fəaliyyətində olduğu kimi, respublikamızda da kədərli,faciəli tariximizin anılması ilə bağlı müvafiq tədbirlər həyata keçirilməkdədir.Naxçıvan Muxtar Respublikasında şəhid ailələrinin, əlillərin problemlərinin dövlət səviyyəsində həllinin mühüm vəzifələrdən biri kimi qarşıya qoyulması bir daha müdrik Prezidentimiz tərəfindən həyata keçirilən siyasətin nə qədər düşünülmüş,insanpərvərlik,vətənsevərlik prinsiplərinə paralel həyata keçirildiyindən xəbər verir.Bu gün hər kəs yaxşı bilir ki, şəhid ailələrinin, əlillərin sosial təminatı ildən-ilə daha da möhkəmləndirilir,onlara yüksək qayğı göstərilir. Nümayəndəliyin rəhbəri bildirib ki, 20 yanvar günü hər il Naxçıvan Muxtar Respublikasında ümumxalq hüzn kimi izdihamla insanların rayon və şəhərlərdə ucaldılmış və ziyarətgaha çevrilmiş 20 yanvar abidələrinin önündə toplanması ilə qeyd edilir. “Bu barədə danışərkən, Muxtar Respublika Ali Məclisinin sədri cənab Vasif Talıbovun bu sahədə gördüyü müqayisəsiz işləri,imzaladığı sərəncamları xüsusi qeyd etmək lazımdır.Məhz Cənab Sədrin həyata keçirdiyi uğurlu fəaliyyətin nəticəsində Muxtar Respublikada vətənə,torpağa,xalqa bağlılığı tərənnüm edən abidələrin ucaldılması və bu sahədə həyata keçirilən fəaliyyət proqramları gənc nəsillərdə gələcəyə ümid və etibar hissinin möhkəmlənməsinə və xalqımızda böyük gələcəyə inam düşüncəsini aşılamaqdadır.”