Naxçıvanda qanlı hadisə

655

 

Oktyabrın 3-də Naxçıvan Muxtar Respublikasının Şərur rayonunda qətl hadisəsi törədilib. Lent.az-ın Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, İbadulla kəndinin ərazisində Şəhriyar kənd sakini Elmixan Əliyev sərxoş halda münaqişə zəminində bıçaqla kənd sakini, qohumu Elmar Cəfərovu qətlə yetirib.Şərur RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində E.Əliyev tutulub. Münaqişənin səbəbi araşdırılır.