Naxçıvanda yenilik

45

Sentyabrın 4-də Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Naxçıvan Bölməsinin elektron kitabxanasının açılışı olub.

Xalq.az AzərTac-a istinadən məlumat  verir ki, tədbirdə qurumun sədri, akademik İsmayıl Hacıyev bu gün muxtar respublikada elmin inkişafına hərtərəfli qayğı göstərildiyini demişdir. Diqqətə çatdırılmışdır ki, AMEA Naxçıvan Bölməsinə də bu qayğıdan pay düşmüş, bölmənin maddi-texniki bazası gücləndirilmiş, əməkdaşların fəaliyyəti üçün lazımi şərait yaradılıb.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov 1972-ci ildən fəaliyyət göstərən bölmənin kitabxanasının elektron kitabxana statusu alması münasibətilə əməkdaşları təbrik edib. O, elektron kitabxanalarda müasir texniki avadanlığın quraşdırılması ilə yanaşı, onlardan səmərəli istifadənin vacibliyinə də diqqəti cəlb edərək deyib: “Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan Bölməsinin əməkdaşları elektron kitabxanadan səmərəli istifadə etməli, alim və ziyalılarımızın dünya səviyyəsində tanıdılmasında, yeni elmi əsərlərin, monoqrafiya və dissertasiyaların yazılmasında kitabxananın imkanlarından lazımınca bəhrələnməlidirlər”. Ali Məclisin sədri qarşıya qoyulan vəzifələrin bölmənin əməkdaşları tərəfindən layiqincə yerinə yetiriləcəyinə əminliyini bildirmiş, kollektivə işlərində uğurlar arzulayaraq, açılışı bildirən lenti kəsib.

naxcivnaxc