Nazim İbrahimova yeni vəzifə verildi

Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin keçmiş sədri Nazim İbrahimov Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin sədri təyin edilib.

XALQ.AZ xəbər verir ki,  daha öncə Mərkəzin İdarə Heyətinin üzvü olan Nazim İbrahimov fəaliyyətini qurumun sədri kimi davam etdirəcək.

Nizami Gəncəvi Beynəlxalq Mərkəzi Azərbaycan elm və mədəniyyətinin görkəmli nümayəndəsi, dahi şair, mütəfəkkir Nizami Gəncəvinin irsinin araşdırılması və onun dünyada təbliğ olunması məqsədi ilə fəaliyyət göstərən beynəlxalq təşkilatdır.

Mərkəz 30 sentyabr 2012-ci ildə Gəncədə təsis edilib. Təşkilatın qərarverici qurumu dünyanın nüfuzlu ictimai və siyasi xadimlərindən təşkil olunmuş Beynəlxalq İdarə Heyətidir.

Mərkəzə daha öncə Latviyanın sabiq prezidenti xanım Vaira Vike-Freiberga və İsgəndəriyyə Kitabxanasının direktoru İsmail Seragəldin həmsədrlik ediblər.

 

 

Orxan

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir