Nazir Əmirbəyovu direktor təyin etdi

Fərhad Əmirbəyov Azərbaycan Vergilər Nazirliyinin tədris mərkəzinin direktoru təyin olunub.

XALQ.AZ  xəbər verir ki, daha əvvəl F.Əmirbəyov təhsil nazirinin müşaviri vəzifəsində çalışıb, Bakı Banklararası Valyuta Birjasının rəhbəri olub.

Qeyd edək ki, F.Əmirbəyov UNEC Tədqiqat Mərkəzinin prezidenti vəzifəsində işləməyə davam edəcək.