Nazir ABŞ-a səfər edəcək

eli-abbasov_1

Rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov sentyabrın 4-ü və 5-də BMT Baş Assambleyasının 67-ci sessiyası çərçivəsində rabitə və informasiya texnologiyaları mövzusunda keçiriləcək müzakirələrdə iştirak etmək üçün Nyu-Yorkda səfərdə olacaq. SİA-nın məlumatına görə, 67-ci sessiyada nazir Əli Abbasov, BMT Baş Assambleyasının prezidenti cənab Vuk Jeremich, BMT-nin İqtisadi və Sosial məsələlər üzrə Baş katibinin müavini cənab Vu Honqbo əsas məruzəçi qismində çıxış edəcəklər.

Sessiyada müzakirələr BMT Baş Assambleyasının Azərbaycan hökumətinin təşəbbüsü ilə “Avrasiya Rabitə Alyansı” (“Eurasian Connectivity Alliance”- EuraCA) yaradılması haqqında qəbul olunmuş qətnaməsi çərçivəsində keçirilir.

Səfər çərçivəsində nazir Əli Abbasovun BMT rəsmiləri, şirkət rəhbərləri ilə ikitərəfli görüşləri də nəzərdə tutulur.