Nazir “Biz düyüyə olan tələbatı özümüz ödəməliyik”

Ötən il çəltik idxalına 36 milyon dollar vəsait xərclənib.

“APA-Economics” xəbər verir ki, bunu kənd təsərrüfatı naziri Heydər Əsədov bildirib.

Nazirin sözlərinə görə, Azərbaycanın çəltiyə tələbat 40 min tondur.

“Biz düyüyə olan tələbatı özümüz ödəməliyik. Tezliklə Koreya istehsalı çəltikəkən, şitiləkənin gətirəcəyik ki, çəltik istehsalını kütləvi şəkildə artıraq. Seleksiya işlərinə fikrir verməliyik. Biz düyüyə olan tələbatı tam ödəməliyik”, – deyə nazir əlavə edib.

RƏSUL