Nazir görüş keçirdi

May ayının 3-də Kənd Təsərrüfatı naziri İnam Kərimov Azərbaycan Kənd Təsərrüfatı üzrə Təlim və İnkişaf Mərkəzi (“AqroMərkəz”) və ABŞ-ın Texas A&M Universitetinin mütəxəssisləri ilə görüşüb. Görüşün məqsədi Azərbaycanda pambıq istehsalının səmərəli təşkili ilə bağlı müzakirələrin aparılması və bu sahədə milli platformanın yaradılması olub.

XALQ.AZ məlumat verir ki, Nazir İnam Kərimov qonaqları salamlayaraq ölkəmizdə pambıqçılığın kənd təsərrüfatının prioritet sahəsi olduğunu qeyd edib və bu sahədə böyük təcrübəsi olan beynəlxalq təşkilatlarla, həmçinin “AqroMərkəz” təşkilatının həyata keçirdiyi layihəyə dəstək veriləcəyini nəzərə çatdırıb.

NAZİR İNAM KƏRİMOV “AQROMƏRKƏZ” TƏŞKİLATININ VƏ ABŞ-IN TEXAS A&M UNİVERSİTETİNİN MÜTƏXƏSSİSLƏRİ İLƏ GÖRÜŞÜB
Nazir pambıqçılıqla yanaşı, kənd təsərrüfatının digər sahələrinin də – məhsul istehsalının artırılması, analitik təhlillərin aparılması, mövcud problemlərin həlli ilə bağlı təkliflərin hazırlanması, aqrodəstək tədbirlərin səmərəliliyinin yüksəldilməsi və eyni zamanda aqrar məhsulların ticarətinin optimallaşdırılmasının ümumilikdə aqrar sektorun inkişafına təsir edəcəyini bildirib.

“AqroMərkəz” haqqında məlumat verən qonaqlar bildiriblər ki, təşkilat 2017-ci ildə Azərbaycanın strateji əhəmiyyət daşıyan kənd təsərrüfatı məhsulları üzrə infrastrukturun gücləndirilməsi, bu sahədə təlim və tədris sisteminin inkişaf etdirilməsi məqsədilə yaradılıb. Həmçinin qonaqlar Bitki Mühafizə və Texniki Bitkilər Elmi-NAZİR İNAM KƏRİMOV “AQROMƏRKƏZ” TƏŞKİLATININ VƏ ABŞ-IN TEXAS A&M UNİVERSİTETİNİN MÜTƏXƏSSİSLƏRİ İLƏ GÖRÜŞÜB

Tədqiqat İnstitutunun mütəxəssisləri ilə birlikdə regionlara səfər edərək pambıq istehsalının təşkili ilə əlaqədar ilkin məlumat əldə etdiklərini diqqətə çatdırıblar.

Qeyd edək ki, Texas A&M Universitetinin mütəxəssislərinin ölkəmizə səfərinin məqsədi, “AqroMərkəz” təşkilatının nümayəndələri ilə birlikdə ölkəmizdə pambıq istehsalının səmərəli təşkili ilə əlaqədar araşdırma aparmaqdan ibarətdir.