Nazir görüş keçirdi

Bu gün Müdafiə naziri general-polkovnik Zakir Həsənov Misir Ərəb Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Adel İbrahim ilə görüşüb.
XALQ.AZ  nazirliyə istinadən bildirir ki, nazir Azərbaycan ilə Misir arasında mövcud ənənəvi dostluq və əməkdaşlıq münasibətlərinin dövlətlərimizin maraqlarına uyğun olaraq daim inkişaf etdiyini və hərbi sahədə əməkdaşlığın genişləndirilməsinin vacibliyini  vurğulayıb.
Regiondakı hərbi-siyasi vəziyyətdən danışan general-polkovnik Z.Həsənov diqqətə çatdırıb ki, Ermənistanın işğalçılıq siyasəti bu gün də davam edir və danışıqların uzadılması bölgədəki şəraitə mənfi təsir göstərir.
Səfir də öz növbəsində Misirin Azərbaycan ilə əlaqələrin daha da genişləndirilməsinə önəm verdiyini və diplomatik fəaliyyəti müddətində ölkələrimiz arasında dostluq münasibətlərinin, eləcə də hərbi əlaqələrin inkişaf etdirilməsinə töhfəsini vermək üçün səylərini əsirgəməyəcəyini bildirib.

Comments are closed.