Nazir göstəriş verdi

 

3

 

“Ölkədə əhalinin internet xidmətlərinə tələbatının artması və yaradılmış texniki imkanların nəticəsində beynəlxalq internet kanallarının ümumi tutumu 10 Gbit/s artırılaraq 210 Gb/s-ə çatdırılıb. Hazırda ölkədə hər 100 nəfərə düşən internet istifadəçilərinin sayı 70-ə, genişzolaqlı internet istifadəçilərinin sayı isə 50-yə bərabərdir”. Bu barədə rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov 2014-cü ildə qarşıda duran vəzifələrə həsr olunmuş kollegiya iclasında deyib.Ə.Abbasov bildirib ki, ölkədə hər 100 nəfərə düşən mobil abunəçilərin sayı isə 110-a bərabərdir. Nazir 2015-ci ildə keçiriləcək I Avropa yay olimpiya oyunlarında informasiya və telekommunikasiya xidmətlərinin yüksək səviyyədə təşkili istiqamətində müvafiq tapşırıq və göstərişlərini verib.