Nazir müasir atçılıq kompleksi ilə tanış olub

Regionlara səfər çərçivəsində kənd təsərrfatı naziri İnam Kərimov Ağcabədi rayonunun Xamtorpaq ərazisində yerləşən Ağdam atçılıq təsərrüfatında inşa edilən müasir atçılıq kompleksi ilə tanış olub.

XALQ.AZ xəbər verir ki, Nazirlikdən verilən xəbərə görə, təsərrüfatda bəslənilən atların saxlanma şəraiti ilə maraqlanıb.

“Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan bayrağı tezliklə Şuşada dalğalanacaq və Qarabağ atları Cıdır düzündə yenə də çapacaq”, – deyə İnam Kərimov vurğulayıb.

 

 

Elgün