Nazir müavini vəfat etdi

Azərbaycan səhiyyə nazirinini müavini Vəlibəyov Abbas Soltan oğlu dünyasını dəyişıib.
XALQ.AZ məlumat verir ki, bu barədə nazirlkdən məlumat verilib.
Bildirir ki, nazir müavini Abbas Vəlibəyov

 

1947-ci ildə Bərdə şəhərində anadan olub.

1965-ci ildə Bakı şəhəri 175 nömrəli orta məktəbi bitirib.

1965-1971-ci illərdə Azərbaycan Dövlət Tibb İnstitutunun sanitariya-gigiyena fakültəsini bitirmişdir.

1971-ci ildə Azərbaycan Mülki Aviasiya idarəsində həkim–epidemioloq, 1974-1988-ci illərdə Azərbaycan Respublikası Səhiyyə Nazirliyində həkim-inspektor, sanitariya epidemiologiya baş idarəsində rəis müavini, rəis vəzifələrində çalışmışdır.

1988-ci ildə Respublika Gigiyena və Epidemiologiya mərkəzinin Elmi-Təcrübi və Tədris Birliyinin baş direktoru vəzifəsinə təyin edilmişdir.

1990-cu ildə Azərbaycan Respublikası Səhiyyə nazirinin müavini, Respublika Gigiyena və Epidemiologiya mərkəzinin baş direktoru, 1993-cü ildən isə Respublika Gigiyena və Epidemiologiya mərkəzinin baş direktoru təyin olunub.

1999-cu ildən bu günə kimi Səhiyyə Nazirinin müavini – Azərbaycan Respublikası Baş Dövlət Sanitar Həkimi vəzifəsində çalışır.

1976-1977-ci illərdə Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən Moskva şəhərində keçirilən Səhiyyə təşkilatçılarının beynəlxalq kursunu bitirmiş və sosial təbabət və səhiyyə üzrə mütəxəssis diplomu almışdır.

1981-ci ildən Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Kollegiyasının üzvüdür. Sosial gigiyena və səhiyyənin təşkili üzrə ali dərəcəli həkimdir.

Ümumittifaq Epidemioloqlar, mikrobioloqlar və parazitoloqların Elmi Cəmiyyəti Rəyasət Heyətinin, eləcə də Ümumittifaq Gigiyenist və sanitar həkimlərinin Elmi Cəmiyyətinin İdarə heyətinin üzvü seçilmişdir.

1980-ci ildə SSRİ Səhiyyə Nazirliyinin əmri ilə “Səhiyyə əlaçısı” döş nişanı ilə təltif edilmişdir.

2000-ci ildə “Əməkdar həkim” fəxri adı ilə, 2013-cü ildə “Tərəqqi” medalı ilə təltif edilmişdir.

2017-ci ildə 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilmişdir.    

Yeni Azərbaycan Partiyasının üzvüdür.