Nazir polis polkovnikini rəis təyin etdi

ramin_guluzade_

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar naziri Ramin Quluzadənin 8 may 2017-ci il tarixli əmri ilə Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin rəisi vəzifəsinə Həbib Həsənov təyin edilib.

XALQ.AZ xəbər verir ki, o, 1968-ci ildə anadan olub. Azərbaycan Texniki Universitetində mühəndis-mexanik və Bakı Dövlət Universitetində hüquqşünas ixtisasları üzrə təhsil alıb. Əmək fəaliyyətinə avtobazada mühəndis olaraq başlayıb. 1994-cü ildən Dövlət Gömrük Komitəsində inspektor, Daxili İşlər Nazirliyi Baş Dövlət Yol Polisi İdarəsində yol hərəkətinin təşkili və xüsusilə mühüm tapşırıqlar üzrə baş inspektoru vəzifələrində işləyib. Polis polkovnikidir. Son illərdə özəl şirkətlər qrupunun direktorlar şurasının sədri vəzifəsində çalışıb.