Nazir rəisi vəzifədən azad etdi

Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Fitosanitar Nəzarəti Xidmətinin rəisi Camal Quliyev işdən çıxarılıb.

XALQ.AZ xəbər verir ki, onun yerinə Ələddin Eyvazov təyin olunub.

Qeyd edək ki, Ə. Eyvazov bu il mayın 14-də nazirin müvafiq əmri ilə Aqrar Elm və İnformasiya Məsləhət Mərkəzinin direktoru təyin olunmuşdu. O, həmçinin  uzun illər Dövlət Fitosanitar Nəzarət Xidmətində rəis müavini vəzifəsində də çalışıb.

Əldə etdiyimiz məlumata görə, C. Quliyev dünən İmişli rayonunda pambıq tarlasında işləyən 50-yə yaxın fəhlənin zəhərlənməsi faktına görə işdən çıxarılıb.

 

 

 

Orxan