Nazir səfərdədir-Yenilənir

zakirhesenov_2turk

 

Azərbaycanın müdafiə naziri, general-polkovnik Zakir Həsənov Tacikistana yola düşüb.

Bu barədə XALQ.AZ  Müdafiə Nazirliyindən məlumat verilib.

Nazir oktyabrın 12-də Düşənbə şəhərində Müstəqil Dövlətlər Birliyi (MDB) iştirakçı-dövlətlərinin Müdafiə Nazirləri Şurasının növbəti iclasında iştirak edəcək.

 

 

*****

 

Oktyabrın 12-də Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov Müstəqil Dövlətlər Birliyinin Müdafiə nazirləri Şurasının Düşənbə şəhərində keçirilən növbəti iclasında iştirak edib. XALQ.AZ məlumat verir ki, müdafiə nazirlərinin görüşündə hərbi əməkdaşlıq məsələləri və gələcək perspektivlər müzakirə olunub.

Scroll to top