Nazir səfirlə görüşdü

Ekologiya və Təbii Sərvətlər Nazirliyində nazir Muxtar Babayevlə Misir Ərəb Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Adel İbrahim arasında tanışlıq görüşü keçirilib. ETSN-in mətbuat xidmətindən XALQ.AZ-a verilən məlumata görə, görüş zamanı Azərbaycanla Misir arasında ətraf mühit, meşələrin mühafizəsi, su bioresurslarının davamlı idarə edilməsi və ekoloji monitorinq sahəsində fikir mübadiləsi aparılıb.

Gələcək əməkdaşlığın perspektivləri və qarşılıqlı maraq doğuran məsələlər müzakirə edilib.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.