Nazir Siyəzəndə qəbul keçirəcək

 

51

Rabitə və yüksək texnologiyalar naziri Əli Abbasovun mayın 24-ü saat 10:00-da Siyəzən rayonunda (Siyəzən, Şabran, Xızı) əhaliyə göstərilən telekommunikasiya, internet, poçt, radio və televiziya yayımı xidmətlərinin keyfiyyəti, xidmət mədəniyyəti, bu sahədə bölgələrdə əhalini maraqlandıran məsələlərlə bağlı vətəndaşlarla görüşü planlaşdırılır.

Vətəndaşlar “mincom@mincom.gov.az” elektron poçt ünvanı, 1655 saylı “Qaynar xətt”, (012) 598-38-18 nömrəli (regionlardan edilən zənglər pulsuzdur) telefon vasitəsilə əlaqə saxlayıb qəbula yazıla bilərlər.

Eyni zamanda, qəbula gəlmək istəyən vətəndaşlar, zərurət yaranarsa, yaşadıqları ərazinin poçt və telefon qovşaqları tərəfindən nəqliyyat vasitələri ilə təmin olunacaqlar. Bunun üçün Siyəzən rayonunda 304-01-20, Şabran rayonunda 353-20-04, Xızı rayonunda 315-00-00 nömrəli telefonlara zəng edə bilərlər.