Nazir vətəndaşlarla görüşəcək

ramin_guluzade_

 

Nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə oktyabrın 13-də, saat 12:30-da Göyçay şəhərində Göyçay, Kürdəmir, Ucar, Ağdaş rayonlarının və Mingəçevir şəhərinin sakinlərinə göstərilən nəqliyyat, telekommunikasiya (o cümlədən, internet, televiziya və radio yayımı) və poçt xidmətlərinin keyfiyyəti, xidmət mədəniyyəti və bu sahədə bölgələrdə əhalini maraqlandıran digər məsələlərlə bağlı vətəndaşları qəbul edəcək.

Nazirlikdən ­XALQ.AZ-a verilən məlumata görə, vətəndaşlardan mincom@mincom.gov.az elektron poçt ünvanı, 1655 “Çağrı mərkəzi”, 012 598 38 18 nömrəli telefon vasitəsilə (regionlardan edilən zənglər pulsuzdur) əlaqə saxlayıb, qəbula yazılmaları xahiş olunur.

Eyni zamanda, qəbula gəlmək istəyən vətəndaşlar, zərurət yaranarsa, yaşadıqları ərazinin poçt və telefon qovşaqları tərəfindən nəqliyyat vasitələri ilə təmin olunacaqlar. Bunun üçün:

Göyçay rayonundan – 02027 42366

Mingəçevir şəhərindən – 02427 52999

Kürdəmir rayonundan – 02025 51599

Ucar rayonundan – 02021 33777

Ağdaş rayonundan – 02023 55199

nömrəli telefonlara zəng etmələri xahiş olunur.

Scroll to top