Nazir vəfat etdi

Картинки по запросу Sabine Oberhauser

 

Avstriyanın səhiyyə naziri Sabina Oberhauzer xərçəng xəstəliyindən dünyasını dəyişib.

Bu barədə Avstriya mətbuatı xəbər yayıb. Məlumatda bildirilir ki, 53 yaşlı sosial demokrat ötən həftə gözlənilmədən xəstəxanaya yerləşdirilib və oradan çıxmayıb. Nazir xəstəliyi barəsində dərhal özü bildirib. O, 2015-ci ilin əvvəllərindən xəstəliyindən məlumatlı imiş.

Sabina Oberhauzer səhiyyə naziri vəzifəsini 2014-cü ildən icra edib. Xəstəliyin kəskinləşməsindən sonra onun vəzifəsini müvəqqəti olaraq sosial məsələlər üzrə nazir Alois Ştoqer icra edirdi. Ölkə rəhbərliyi bu xəbərdən dərindən kədərləndiyini bildirib. Belə ki, prezident Aleksandr Van der Bellen böyük hüzn içində Sabina Oberhauzerin xərçənglə döyüşdə uduzduğunu deyib.