Nazir vətəndaşlarla görüşəcək

Mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, 20 iyul 2018-ci il tarixdə əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev Lənkəran rayonunda Lənkəran, Astara, Lerik, Masallı, Yardımlı rayonlarının sakinlərini fərdi qaydada qəbul edəcək. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən XALQ.A-a verilən xəbərə görə, qəbul zamanı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin səlahiyyət dairəsinə (əmək hüquqlarının müdafiəsi, sosial təminat növlərinə hüququn müəyyən edilməsi, sosial sığorta münasibətləri, tibbi-sosial ekspertiza və reabilitasiya, məşğulluğun təmin olunması) aid vətəndaşların müraciətləri cavablandırılacaq, müraciətlərdə əksini tapan məsələlərin həlli ilə əlaqədar müvafiq tədbirlər görüləcək.

Qəbula yazılmaq istəyən vətəndaşlar adını, soyadını, atasının adını, müraciətinin məzmununu, yaşadığı ünvanı və telefon nömrəsini göstərməklə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə rəsmi şəkildə (info@mlspp.gov.az elektron ünvana və ya poçt vasitəsilə) və 142-Çağrı mərkəzi ilə əlaqə saxlayaraq iyulun 17-dək qəbula yazıla bilərlər.

Vətəndaşlar qəbula yazılmış şəxslərin əvvəlcədən tərtib edilmiş siyahısı əsasında qəbul ediləcəklər.