Müdafiə sənayesi naziri Yavər Camalov bu gün qəflətən dünyasını dəyişib. Məlumatı XALQ.AZ–a mərhum nazirin ailəsinin yaxınları veriblər.
Xatırladaq ki, 69 yaşlı mərhum nazir bir neçə dəfə İsraildə müalicə olunmuşdu. Yavər Camalovun uzun müddət idi xərçəng xəstəliyindən əziyyət çəkirdi.
Yavər Camalov Prezident İlham Əliyevin 18 mart 2006 – cı il tarixli sərəncamı ilə Azərbaycan Respublikasının Müdafiə Sənayesi naziri təyin edilib.
Yavər Camalov 16 oktyabr 2009-cu ildə İlham Əliyevin sərəncamına əsasən ölkənin iqtisadi inkişafındakı xidmətlərinə görə “Şöhrət” ordeni ilə təltif edilib.
Qeyd edək ki, keçən il Yavər Camalovun oğlu, 44 yaşlı Rövşən Camalov Türkiyədəki özəl xəstəxanalardan birində dünyasını dəyişib.
Allah rəhmət elesin.