Nazir yeni müşavir təyin etdi

Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev özünə yeni müşavirlər təyin edib.

XALQ.AZ xəbər verir ki, nazirin təyin etdiyi müşavirlərdən biri Vüsal Nəsirli Daxili İşlər Nazirliyinin Baş Cinayət-Axtarış İdarəsinin sabiq rəisi, general Zakir Nəsirovun oğludur. 11 il həbsdə olan Z.Nəsirov 2017-ci ilin aprelində azadlığa buraxılıb.

General Qaradağ Rayon Məhkəməsinin qərarı ilə cəzasının qalan hissəsindən azad olunub. Çoxsaylı adam oğurluqları, qətllər və başqa ağır cinayətlər törətmiş Hacı Məmmədov olaylarına görə məhkum olunmuş general 2005-ci il iyulun 8-dən həbsdə idi.

Orxan

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.