Nazirdən yeni təyinat

Ekologiya və Təbii Sərvətlər nazirliyində yeni şöbə yaradılıb.
XALQ.AZ  xəbər verir ki,  nazir Muxtar Babayevin müvafiq əmrinə əsasən nazirlikdə yeni -Audit şöbəsi yaradlıb və Fərid Dəmirov şöbə müdiri təyin olunub. Qeyd edək ki, Fərid Dəmirov Muxtar Babayevin köməkçisi olub.

F. Dəmirov Sumqayıt şəhərində anadan olub. Azərbaycan Sənaye İnstitutunun İdarəetmənin avtomatlaşdırılması fakültəsini bitirib, sonrakı təhsilini Azərbaycan Dövlət İqtisad Universitetinin Maliyyə və kredit fakültəsində davam etdirib. F.Dəmirov “Azərikimya” İstehsalat Birliyində, eləcə də tabe müəssisələrdə müxtəlif vəzifələrdə çalışıb. 2011-ci ildən isə Milli Məclisin deputatı Muxtar Babayev nazir təyin olunanadək onun köməkçisi olub. 23 dekabr 2014-cü ildə isə Sumqayıt şəhər Bələdiyyəsinə üzv seçilib.
Фото Фарида Исламова.