Nazirdən yeni təyinat

Mədəniyyət Nazirliyinin Aparatının yeni təsdiq edilən strukturunda şöbə müdiri və nazirin müşaviri vəzifələrinə kadr təyinatları həyata keçirilib.

XALQ.AZ xəbər verir ki, Nazirlikdən verilən məlumata görə, nazirin müvafiq əmrinə uyğun olaraq, yeni yaradılan Muzey işi və mədəni sərvətlərə nəzarət şöbəsinin müdiri vəzifəsi Azadə Hüseynovaya havalə olunub.

Digər əmrlərlə Yaşar Əliyev, Aydın İsmiyev və Vüqar Şahinzadə nazirin müşavirləri təyin olunublar.

Qeyd edək ki, nazirliyin Aparatının yeni strukturunun formalaşmasında ölkəmizdə mədəniyyət siyasətinin daha məqsədyönlü və effektiv şəkildə həyata keçirilməsi, müvafiq sahələrin idarə olunmasında innovasiyaların, müasir texnologiyaların, habelə elmi nailiyyətlərin, qabaqcıl təcrübənin öyrənilməsi və tətbiqi əsas meyarlar kimi götürülüb.

 

 

Orxan