Nazirin əmri ilə məktəb direktorları işdən azad edilib

Mikayil
Ötən tədris ilində Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyində olan ümumi təhsil məktəblərində təlim-tərbiyə prosesinin təşkili ilə əlaqədar müxtəlif istiqamətlər üzrə araşdırmalar aparılıb.
BŞTİ-dən bildirib ki, 2015-2016 tədris ili ərzində aparılan araşdırmalar və nəzarət tədbirləri nəticəsində aşkar olunmuş faktlarla əlaqədar 26 məktəb direktoru, 5 direktor müavini və 5 müəllim tutduqları vəzifədən azad edilib.
Bundan başqa, əmək funksiyalarını keyfiyyətsiz yerinə yetirdiyinə görə ümumilikdə 56 direktor və 98 direktor müavini, o cümlədən 75 müəllim intizam məsuliyyətinə cəlb olunub, 79 direktora xəbərdarlıq edilib.
Bununla yanaşı, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində olan təhsil müəssisələrinin rəhbərləri ilə məktəblərdə neqativ halların qarşısının alınması istiqamətində mütəmadi olaraq profilaktik söhbətlər aparılır və təlimatlandırıcı tövsiyələr verilir. BŞTİ-nin bu istiqamətdəki fəaliyyəti cari tədris ilində də davam etdirilməkdədir.
Lent.az

Scroll to top