Nazirinin görüşü təxirə salındı

Mikayil
Mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin bu ilin dekabr ayında şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə əsasən, dekabrın 11-də təhsil nazirinin Neftçala rayonunda nəzərdə tutulan görüşü qeyri-müəyyən vaxta qədər təxirə salınıb.Bu barədə “Report”un sorğusuna cavab olaraq Təhsil Nazirliyindən bildirilib.

“Bununla bağlı vətəndaşlara əlavə məlumat veriləcək”, – deyə nazirlikdən əlavə olunub.  Qeyd edək ki, Prezident İlham Əliyevin dekabr ayının 5-də imzaladığı sərəncamla Mikayıl Cabbarov təhsil naziri vəzifəsindən azad olunaraq vergilər naziri təyin edilib.

Scroll to top