Nazirlər Kabinetində yeni vəzifə yaradılıb

Azərbaycan baş nazirinin katibliyinin rəisi vəzifəsi yaradılıb.

 

XALQ.AZ xəbər verir ki, Nazirlər Kabinetinin rəsmi saytında dərc edilən Nazirlər Kabineti Aparatının yeni strukturunda əksini tapıb.

Bu vəzifə Nazirlər Kabineti Aparatının strukturuna daxildir. Baş nazirinin katibliyinin rəisi postuna hələlik təyinat olmayıb.

Qeyd edək ki, prezident İlham Əliyevin 23 avqust 2017-ci il tarixli fərmanına əsasən “Azərbaycan Respublikasının Nazirlər Kabineti Aparatının strukturu” təsdiq edilib. Həmin strukturda baş nazirinin katibliyinin rəisi vəzifəsi olmayıb.

 

Orxan

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir